Türkiyənin Diyanət İşləri Başqanı Əli Erbaş Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəyə telefonla zəng edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində şəhid olanlara görə başsağlığını ifadə edib.
QMİ-dən verilən məlumata görə, Ermənistan tərəfinin Azərbaycanın yaşayış məntəqələrinə etdiyi silahlı hücumları qınayan Diyanət İşləri Başqanı Əli Erbaş Türk millətinin hər zaman, hər şərtlərdə olduğu kimi bu gün də azərbaycanlı qardaşlarının yanında olduğunu vurğulayıb.
Əli Erbaş Şeyxülislam Allahşükür Paşazadəyə başsağlığı verərək erməni təcavüzü nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralılara tezliklə şəfalar diləyib.