“Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”
İslamveirfan.com xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu sosial şəbəkədəki şəxsi səhifəsində yazıb.
“Can Azərbaycanın Prezidenti İlham Əliyevə Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salam və dəstəklərini göndərdik. BİZ BİR MİLLƏTİK! Ehtiyac olarsa, bir dövlət kimi davranacağımızdan heç kimin şübhəsi olmasın. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”