Dövlət olmağın ilk şərti hər kəs tərəfindən bilinən və qəbul edilən sərhədlərə sahib olmaqdır. Hər bir dövlətin ərazi bütövlüyünü qoruması üçün yetərli sayda əsgərə ehtiyacı vardır. Müsəlmanlar bu vəzifəni özlərinə borc bilməlidirlər.
Qurani Kərimdə də bu haqda belə buyrulur: “Ey iman gətirənlər! Səbir edin, (düşmənə qarşı) möhkəm olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali İmran 200)
Xalid ibn Vəlid nə gözəl deməştir: “yer üzü cihatdan başqa heçnəylə qoruna bilməz.”
Əhəmiyyəti və fəzilətinə görə sərhəddə bir gecə keşik çəkmək dünya və dünyadaki bütün neymətlərdən daha xeyirli, daha üstün qəbul edilir.
Axirətdəki ən qısa zaman və ən kiçik məkanın belə dünyadaki ən uzun zaman və böyük məkandan daha xeyirli və fəzilətli olduğu hədisiylə Peyğambərimiz (s.a.s) bizə daha bir gerçəyi öyrədir. Bunları əldə etməyin əsas yollarından biri də Allah yolunda cihad etməktir.