GENERAL POLAD HƏŞİMOVUN ADI TÜRKİYƏDƏ ƏBƏDİLƏŞDİRİLƏCƏK

0

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan azərbaycanlı general Polad Həşiovun adı Türkiyədə əbədiləşdiriləcək.

Bu barədə Bursa vilayəti Osmanqazi rayonunun bələdiyyə sədri Mustafa Dündar məlumat verib.

Sədr bildirib ki, rayon ərazisində salınması planlaşdırılan parka şəhid general Polad Həşimovun adı veriləcək.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını almaq üçün Azərbaycan ordusunun başlatdığı əməliyyatlara dəstək vermək məqsədilə, Mustafa Dündarın təlimatı ilə bələdiyyəyə aid bütün binalardan Azərbaycan bayrağı asılıb.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: “Azərbaycan Ermənistanın quldurcasına işğal etdiyi torpaqlarını bir-bir azad edir”

“Ermənistanın soyqırımı törətdiyi Dağlıq Qarabağ başda olmaqla, Azərbaycan torpaqlarının bir hissəsinin işğalı təxminən 30 ildir davam edir. Beynəlxalq ictimaiyyətin bu...

Bağla