ALMANİYADA 2.5 AYDA İSLAMA QARŞI 188 CİNAYƏT İŞLƏNİB

0

Almaniyada iyulun əvvəlindən sentyabrın 17-ə qədər İslam dininə qarşı 188 cinayət işlənib.

Bu barədə, ölkədəki sol partiyanın sorğusuna cavab verərkən hökumət nümayəndəsi məlumat açıqlayıb.

Açıqlamada bildirilir ki, müxtəlif miqyaslı cinayətlər vaxtı 9  nəfər xəsarət alsa da, heç kim bu səbəbdən saxlanılmayıb, sadəcə olaraq cinayətkarlar barədə istintaq başladılıb.

Almaniya İslam Şurasının sədri Bürhan Kesici, alman cəmiyyətində İslam düşmənliyinin intensivləşdiyini, açıqlananın rəsmi rəqəmlər olduğunu, polisdə qeydiyyatı olmayan cinayətlər də olduğunu deyib.

Kesici bildirib ki, pandemiya dövründə bu qədər cinayət işlənməsi bu düşmənliyin gələcəkdə daha da çoxalacağından xəbər verir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənilərin Qarabağda dağıtdığı məscidlər – FOTOLAR

Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların...

Bağla