Ümumdünya Müsəlman Alimlər Şurası, Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını almaq üçün sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əməliyyatlara dəstək verən bəyanat yayıb.
Problemin konstruktiv və dialoq yolu ilə həll edilməsi yönündə çağırışın yazıldığı bəyanatda bildirilib ki, iki qonşu dövlət bir-birinin ərazi bütövlüyünə hörmət etməli, axan qanı və döyüşü dayandırmalıdır.
Açıqlamada həmçinin, döyüşlərdə mülki insanlara, onların mülklərinə və ətraf mühitə ziyan verilməməsinin, İslamın əxlaq prinsiplərinə və beynəlxalq hüquq qaydalarına zidd olduğu ifadə edilib.
Bəyanatın sonunda isə Ermənistanın işğalçı dövlət olduğu bildirilib.
“Ermənistan işğalçı dövlətdir. Beynəlxalq qanunlara görə işğal etdiyi bütün Azərbaycan torpaqlarından çıxmalıdır!” – deyə bəyanatın sonunda vurğulanıb.