Mömin kişilərə de ki, gözlərini harama baxmaqdan çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbardardır. (Nur, 30)
Qulaq, göz və qəlb – bunların hamısı ondan sorğu-sual olunacaqdır. (İsra, 36)
Allah xain baxışları və qəlblərin gizlətdiyini bilir. (Gafir, 19)
Şüphəsiz ki, sənin Rəbbin daim nəzarət edir. (Fəcr, 89)
Dörd ayədə də müsəlmanların ilahi nəzarət altında yaşadıqları və bu nəzarətin əsasən gözə aid olan tərəflərinə diqqət çəkilir. Mövzu ilə əlaqədər ayədə “Mömin kişilərə de ki, gözlərini harama baxmaqdan çevirsinlər!”,- deyə bildirilir. “Qulaq, göz və qəlb bunların hamısı ondan sorğu-sual olunacaqdır” ayəsi ilə açıq şəkildə bəyan olunmuşdur.
Allah təala qulunun hiləgər və mənalı baxışlarının fərqindədir, hətta qəlblərdə gizlənən pis niyətlərdən belə xəbərdardır. Bu hal heç kəsin ilahi nəzərdən kənarda qala bilməyəcəyini göstərir. Ayədə belə buyrulur: “Şüphəsiz ki, sənin Rəbbin daim nəzarət edir”.
Bu ayələr insana bütün hərəkətlərin ən kiçik təfərruatına qədər daim göz önündə olduğunu və “qeydə alındığı” həqiqətini ən kiçik bir tərəddüdə yer buraqmayacaq qədər dəqəqliklə izah edir. Məsuliyət bu çərçivədə qavrandıqdan sonra insan üçün harama baxmaq yasağı problem təşkil etmir.