“Dünyadakı aclığın mənbəyi ədalətli olmayan gəlir və ərzaq paylaşımıdır.”
Bu sözlri Türkiyə “Ərzaq Mühəndisləri Palatası”nın Qaziantep nümayəndəsi Onur Aydın deyib. 16 oktyabr tarixinin ümumdünya ərzaq günü olduğunu xatırladan Aydın, BMT FAO-nun (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) bu günə aid hər il fərqli şüarı olduğunu deyib.
“Bu ilki şüar, “Böyüdək, bəsləyək, birlikdə davam edək!” şəklindədir.” – deyə Aydın bildirib.
Dünyanın ən böyük problemlərindən birinin israf olduğunu deyən Onur Aydın, aclıq və yoxsulluqla mübarizənin, ərzaq imperializmi ilə mübarizədən keçdiyini qeyd edib.
“Dövrümüzün xəstəliyi olan çox və lyuks istehlak vərdişi, ərzaqı ədalətli əldə etmənin qarşısındakı ən böyük maneələrdən biridir. Bu vərdiş özü ilə birlikdə ərzaq israfını da gətirir. Hər il təxminən 1.3 milyard ton ərzaq zibilliyə atılır. Sadəcə bu istehlak edilməyən, yaxud istehlakı mümkün olmayan və zibilliyə atılan bu ərzaqla, aclıq həddinin altında olan 821 milyon insanı doydurmaq olar. Ərzaq itkisi və israfının ölkə iqtisadiyyatındakı yükü, pandemiya dövründə biraz da çoxalmışdır. Bu, ərzaqı əldə etmə imkanlarını daha da çətinləşdirib.” – deyə Aydın vurğulayıb.