XOŞBƏXTLİK NƏDƏDİR?

0

Alimlərdən biri belə deyir.İnsan xoşbəxtliyi üç şeydə axtarar. Birncisi sahib olduqlarında, ikincisi başqalarının gözündəki dəyərində, üçüncüsü də olduğu yerdədir.”

Xoşbəxtliyi ev, iş, qadın, yaxşı mövqe, can sağlığında axtaranlar bilməlidirlər ki, vaxt gələcək sevdikləri, can sağlığı əldən gedəcək! Xoşbəxtliyi belə şeylər üzərinə inşa edərsək, itirdiyimiz hər şey bizim üçün fəlakət olar.

Xoşbəxtliyi, başqalarının gözündəki dəyərimiz, nüfuzumuz üzərinə inşa edərsək, doğulduğumuz ailədə  dəyərli olduğumuz halda evləndiyimiz ailədə dəyərsiz ola bilərik. Bu hala düşərsək nə etməliyik? Həqiqətən, biz öz ailəmizin bəyəndiyi biriyikmi yoxsa evləndiyimiz ailənin xoşlamadığıyıqmı?

 Hər ikisi də deyilik. İnsanların sevgi və nifrətləri ilə bizə göstərdikləri dəyər bizi tam ifadə etməz. İnsanın gözündə ucalan şəxs gün gələr insanın gözündən də düşər. Buna görə də sahib olduqlarımız və əlimizdəki bütün maddi imkanlar xoşbəxt olacağımıza dəlil deyildir.

“Olmaq” dediyimiz hal əxlaqi olaraq yetişmək, nəfsimizi pisliklərdən təmizləmək, “qəlbi səlim”, “ağlı səlim”, “zövqü səlim” sahibi olmaq, elm-irfan arayışında Allah rizası üçün cəhd etmək, mərifət, hikmət əhli olmaq mənasına gəlir. Bax, insanın xoşbəxtliyi məhz buradadır. Bu hislər heç kəs tərəfindən əlimizdən alına bilməz.  Allah bu mövzuda ədalət sahibidir və mənəvi dünyasını inkişaf etdirmək, təmizlək, gözəlləşdirmək hər kəs üçün mümkündür.

Fatma Hâle Sağım, Şebnem Dergisi, Sayı: 158

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə parlamentinin sədri Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti əsasında Azərbaycana səfər edəcək. Bu...

Bağla