Trabzonun ən yüksək hissəsində Azərbaycan bayrağı ucaldılıb – VİDEO

0

 Türkiyənin Trabzon bölgəsində, Ortahisar rayon bələdiyyəsi ərazisində ən yüksək təpə olan Boztəpə istiqamətində 61 metrlik dirək üzərində 19×23 metr ölçüsündə Azərbaycan bayrağı ucaldılıb. Üçrəngli, ay ulduzlu bayrağımız Anadolunun Qara dəniz bölgəsində bütün istiqamətlərdən aydın görünür. Bayraq dirəyinin hündürlüyün ölçüsü Trabzonun regional avtomobil seriyasına uyğun seçilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Katibliyindən verilən məlumata görə, üçrəngli bayrağımızın qaldırılması ilə bağlı keçirilən mərasimdə Trabzon Ortahisar rayon bələdiyyəsinin sədri Ahmet Mətin Gənc, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın bu qurumdakı nümayəndəsi Elçin Qafarlı və digər rəsmi şəxslər iştirak ediblər.

Bələdiyyə sədri Ahmet Mətin Gənc Azərbaycan bayrağını Trabzonun ən mənzərəli, diqqətçəkən təpəsində ucaltmaqda məqsəd Milli Ordumuza həmrəylik nümayiş etdirməkdir. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad olunması istiqamətində göstərilən siyasi səylər, aparılan qəhrəmanlıq mübarizəsi xalq və dövlət qarşısında tarix, ədalətin bərpası, insan haqlarının qorunması baxımından ən ləyaqətli işdir.

 

Azertac

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TBMM Sədri: “Beynəlxaq ictimaiyyətə müraciət edirəm: karsınız, ya korsunuz?”

“Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanındadır. Məclis olaraq Azərbaycanın yanında olduğumuzu sentyabrın 28-də dünyaya bir daha...

Bağla