PUL VERİB QURAN OXUTMAQ OLARMI?

0

Quran oxumaq bir ibadətdir. İbadət dünyəvi mənfəət üçün yox Allah rizası üçün edilər. Bu səbəbdən Qurani-Kərimin pul qarşılığıda oxunması və oxunan Quran qarşılığında pul verilməsi dinən caiz deyildir. Pul qarşılığında oxunan Quranın Allah qatında savabı olmaz. (Mevsılî, el-İhtiyâr, II, 142, İbn Âbidîn, Reddü’l-muhtâr, IX, 76-77)

Bir kimsənin keçmişlərinin ruhuna pul qarşılığında Quran oxutmağındansa, özü bildiyi surələri oxumağı daha doğru olar.

Ancaq özü pul barədə müzakirə və hətta puldan belə söz etməyibsə, Allah rizası üçün Quran oxumuş və ya xətm etmiş birinə bunun qarşılığında münasib bir hədiyyə verməyin dini baxımdan hər hansı bir problemi  yoxdur. Hər hanir bir yerdə oxunan Quran qarşılığında pul verilmək adət halına gəlibsə və hər iki tərəf də bunun fərqindədirsə, verilən pul hədiyə deyildir. Bu pulu almaq halal olmaz.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏHİDLƏRİN RUHLARI HARADA OLUR?

İslam dinində şəhidlik mərtəbəsi ən üstün mərtəbələrdən sayılır. Çünki Uca Allah Qurani-kərimdə şəhidlik mərtəbəsinin fəzilətinə diqqət çəkərək şəhidlərin ölmədiyini xəbər...

Bağla