Qlobal pandemiya səbəbindən kütləvi ibadətlərin dayandırıldığı Məkkə şəhərindəki Kəbəyi-Mükərrəmədə 7 aylıq fasilədən sonra ötən gün ilk cümə namazı qılınıb.
Məscidi-Harama gedən müsəlmanlar sosial məsafə və şəxsi gigiyena qaydalarına riayət edərək cümə namazlarını qılıblar.
Məscidi-Haram komitəsi, cümə namazında 40 min möminin iştirak etdiyini bildirib.
Qeyd edək ki, kovid-19 virusu səbəbindən dayandırılan Ümrə ziyarəti də oktyabrın 4-də mərhələli olaraq bərpa edilmişdi.