Gəncliyə Yardım Fondunun müəllimlərindən, 1994-2007-ci illər arasında Şəki İslam Kollecində xidmət edən Türkiyənin Düzcə rayonundan olan Durmuş Əli Toprak hoca uzun illərdir əziyyət çəkdiyi xəstəlik səbəbi ilə ötən gün dünyasını dəyişib.
Xidmət etdiyi illər ərzində 50-yə yaxın Hafizin yetişməsinə, 100-lərlə insanın Qurani-Kərimi və dinimizi öyrənməsinə vəsilə olan Əli hocanın yetişdirdiyi hafizlərin bir çoxu hal-hazırda ölkəmizin müxtəlif yerlərində, məscidlərində imam, müəzzin, məktəblərdə müəllim, dini qurumlarda müxtəlif vəzifələrdə çalışmaqdadırlar.
GYF kollektivi olaraq biz də Əli hocaya Allahdan rəhmət, hüznlü ailəsinə, dostlarına, sevənlərinə baş sağlığı diləyir, Quran yolunda etdiyi bu xidmətlərin ona sədəqeyi-cariyə olmasını Uca Allahdan təmənna edirik.
Allah rəhmət eləsin. Amin.