Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda partlayış baş verib.
Yerli mətbuatın yaydığı məlumata görə, hadisə terror əməliyyatına cəhd edən terrorçunun zərərsizləşdirilməsi vaxtı baş verib.
Hatay valisi Rəhmi Doğan, hadisə nəticəsində insan tələfatının olmadığını bildirib.
“Təhlükəsizlik qüvvələrimizin Payas nəzarət məntəqəsində şübhələndiyi 2 terrorçudan biri izlənmə nəticəsində İskenderunda zərərsizləşdirilib və bu vaxt partlayış baş verib. Hər hansı bir insan tələfatı baş verməmişdir. Bölgədə əməliyyatlar davam edir.” – deyə vali Doğan açıqlamasında bildirib.
Faktla bağlı araşdırmalar davam edir.