SALAVAT GƏTİRMƏYİN FƏZİLƏTİ NƏDİR?

0

Uca Allah, Qurani-Kərimdə Peyğambər (s.a.s) əfəndimizin həyatına and içir. Uca adını onun adıyla birlikdə zikr edərək mömin bir qul olmaq üçün Onun peyğambərliyinə iman etmək şərtini qoşur. Hüzürunda səslərin yüksəldilməsinə razı olmaz və mübarək adının sıradan bir ad kimi istifadə edilməsini istəmir. Allah, özünün və mələklərinin Ona çox salavat gətirdiklərini bildirir və Ümməti- Məhəmmədə də Ona bol-bol salavat gətirməyini tövsiyə edir. Ayədə belə buyrulur:

Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi-qəlbdən salamlayın! (Əhzab, 56) buyurur.

Əsl Payğambər aşiqləri salavat gətirməyi dillərinə adət edinirlər. İslami ədəbə görə duallar Allaha həmd və Rəsuluna salavat ilə başlayıb yenə onunla bitirilməlidir. Əvvəlində  və sonunda salavat gətirilən dular geri çevrilməz.

Hz. Ömər (r.a) belə buyurur:

“Dua səma ilə arz arasında durar. Rəsullaha savat gətirmədikcə Allaha yüksəlməz.” (Tirmizi, Vitr, 21/486)

Allah Qurani-Kərimdə Rəsullulahla (s.a.s) bağlı belə buyurur:

Ancaq sən onların arasında ikən Allah onlara əzab verəsi deyil. Onlar bağışlanmalarını diləyərkən də Allah onlara əzab verəsi deyil. (Ənfal, 8)

Həqiqətən bir mömünün könlü Rəsullallah məhəbbəti ilə hansı mərtəbəyə çatarsa, dünyada nail olacağı rahatlıq və səadət, axirətdə qovuşacağı məqam da o dərəcədə yüksək olar. 

Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Qarabağdakı hərbi hissənin komandanlığı qaçıb, erməni hərbçilər özbaşına qalıb

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki Ermənistan hərbçilərinin ərzaq və başqa bu kimi ehtiyaclarının ödənilməsində yaranmış problemlə bağlı yayılan videogörüntülər...

Bağla