Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində 21 nəfər şəhid olmuş, 70 mülki şəxs yaralanmışdır

0

Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması nəticəsində 21 nəfər həlak olmuş, 70-ə yaxın mülki şəxs yaralanmışdır.

Bu barədə Respublika Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir:

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində  21 nəfər həlak olmuş,70-ə yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVLİDİ-ŞƏRİFDƏ EDİLƏCƏK İBADƏTLƏR

Peyğambər (s.a.s) doğum günü (Mövldi-Şərif)  28 Oktyabr 2020 çərşənbə günü olacaq. Mövlid “doğum yeri və zamanı” mənasına gəlir. Mövlidi-Şərif iki...

Bağla