Ramzan Kadırov: “Peyğəmbərlə bağlı mövqeyimin arxasındayam və bu yolda canımı da verərəm”

0

Çeçenistan federasiyasının lideri Ramzan Kadırov, daha əvvəl Fransa prezidenti Makron barədə fikirlərinin arxasında olduğunu açıqlayıb.

Qeyd edək ki, Ramzan Kadırov Makronun “Charlie Hebdo” jurnalında Hz. Muhammədin (SAV) karikaturalarının nəşr edilməsinə verdiyi dəstəyi sosial şəbəkədə tənqid etmişdi.

“Makronun söz azadlığı bəhanəsi ilə Hz. Muhammədin (SAV) təhqir edildiyi karikaturaları leqallaşdırması, insanları və xüsusilə də gəncləri terrora yönəldir.” – deyə Kadırov bildirmişdi.  

Çeçen liderin Makron barədə açıqlamalarına Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov, “Rusiyanın xarici siyasətini ölkənin yerli idarələrinin rəhbərləri yox, prezidentimiz müəyyən edir.” – sözləri ilə etiraz etmişdi.  

Kremlin bu açıqlamasından sonra Kadırov Makron barədə fikirlərinin dəyişilmədiyini, bu yolda istefa verməyə, zərər çəkməyə və hətta canını verməyə hazır olduğunu bəyan edib.

“Makron barədə fikirlərimi 100 dəfə də təkrar etməyə hazıram. Dinini çox sevən və Qurani-Kərimin əmrlərinə riayət edən bir şəxs kimi bu mənim haqqımdır. Xarici siyasətin kimin öhdəsində olduğunu mənə xatırlatmaq lazım deyil, mən onsuzda bunu bilirəm. Mən siyasətçi kimi yox, dinini sevən bir müsəlman kimi fikirlərimi açıqlamışam.” – deyə çeçen lider bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Rəsmi Bakı “Charlie Hebdo” jurnalının İslam peyğəmbərini təhqir etməsinə münasibət bildirib

“Charlie Hebdo” jurnalının İslam dini, böyük İslam Peyğəmbəri ilə bağlı təxribatçı əməlləri bütün dünya müsəlmanlarının müqəddəs hisslərinin təhqir olunması, müasir...

Bağla