Qüdsdəki yunan ortodoksal patriarxı, rəsmi Parisin İslam dininə qarşı mövqeyini tənqid edib.
İslamveirfan.com xəbər verir ki, partriarx Teofilos Həzrəti Muhammədin (SAV) təhqir edilməsini pisləyib.
“Fransada baş verənlər cəmiyyətdə qütbləşməyə səbəb ola bilər. Mədəniyyətlər arasındakı dialoq, müxtəlif dinlər və ideologiyalar arasında fikir və əqidə ayrılığını azaldacaq yeganə yoldur. İslam dini tək Allahı təbliğ edən səmavi dindir. İslamı təhqir etmək, digər səmavi dinləri də təhqir etməkdir.” – deyə patriarx bəyanatında bildirib.