Hər kəsə yaxşılıq etmək, işlərini gülər üzlə və şirin dillə etmək insanı Allah sevgisinə çatdırar.
Allah Qurani-kərimdə belə buyurur:
Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanların arasını düzəltməklə bağlı içdiyiniz andlara görə Allahın adını maneəyə çevirməyin! Allah hər şeyi eşidəndir, biləndir. (Bəqərə, 224)
Peyğambər (s.a.s) belə buyurur:
Bir iş haqqında and içən kimsə başqa bir işi xeyirli görərsə, andını pozaraq kəfarət versin və xeyirli gördüyü işə yönəlsin. (Müslim, Eyman, 12; Tirmizi, Nüzur, 5)
Rəvayət edilir ki, Numan ibn Bəşir, Abdullah ibn Revhanın bacısını boşamışdı. Daha sonra onunla təkrar evlənmək istəmişdi. Ancaq Abdullah ibn Revha bir daha Bəşirlə görüşməməyə bacısını onunla barışdırmamağa and içmişdi.
Abdullaha, Bəşirin bacısıyla yenidən evlənmək istədiyi xəbəri veriləndə “mən bir daha onların aralarını düzəltməməyə and içmişəm, təkrar evləndikləri təqdirdə gərək mən andımı pozam”,- dedi.
Bu hadisədən sonra “Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanların arasını düzəltməklə bağlı içdiyiniz andlara görə Allahın adını maneəyə çevirməyin! Allah hər şeyi eşidəndir, biləndir.” (Bəqərə, 224) ayəsi nazil oldu.