İngiltərə hökumətinin Yaxın Şərq və Şimali Afrika üzrə məruzəçisi Rozi Dayas İslam Peyğəmbərinin (SAV) ilk xəlifəsi Hz. Əbu Bəkrin (ra) sözlərindən sitat gətirib.
Xanım diplomat, ölkəsində gələn il keçirilməsi planlaşdırılan 26-cı BMT İqlim Dəyişikliyi iclasını sosial şəbəkədə elan edərkən Hz. Əbu Bəkrin (ra) fikirlərinə ərəb dilində yer verib.
“Həzrəti Əbu Bəkrin (ra) dediyi kimi; meyvə yetişən ağacları kəsmə, yaşlıları öldürmə, qoyun və dəvələri sadəcə yemək üçün kəs, xurma ağaclarını yandırma və həddindən çox sulama.
Bu gün Birləşmiş Krallıqda keçiriləcək BMT-nin 26-cı İqlim dəyişikliyi konfransı üçün geri sayım başladı. İqlim dəyişikliyi ilə birlikdə mübarizə aparaq.” – deyə Dayas mesajında bildirib.
Rozi Dayasın bu paylaşımı müsəlman dünyasında da rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Hz. Əbu Bəkrin (ra) Suriyaya göndərdiyi İslam ordusuna bu sözləri dediyi rəvayət edilir.