Allah Qurani-kərimdə belə buyurur:
“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı anmağa tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılındıqdan sonra yer üzünə yayılın və Allahın lütfündən (ruzi) axtarın! Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız!” (Cuma, 9,10)
Peyğambərimiz (s.a.s) belə buyurur:
“Üstünə günəş doğan ən xeyirli gün cümə günüdür. Adəm o gün yaradıldı, o gün cənnətə qoyuldu və yenə o gün cənnətdən çıxarıldı” (Müslim, Cuma 17, 18. Tirmizi, Cuma 1, 2; Nəsai, Cuma 4, 45)
Cümə günü nələr edilməlidir?
- QÜSL ALMAQ
“Hər kim Cümə günü dəstamaz alarsa, nə yaxşı edər, hələ qüsl alarsa daha da yaxşı edər” (Əbu Davud, Taharət 128; Tirmizi, Cuma 5)
- GÖZƏL ƏTİR SÜRTMƏK
“Hər kim cümə günü qüsl alar, əlindən gəldiyi qədər təmizlənər, ya öz xüsusi qoxusundan və ya evində olan gözəl qoxudan sürtər, evindən çıxar, iki adamın arasına girməz, sonra fərz olan namazı qılar, imam xütbə oxuyarkən susub onu dinləyərsə, o cümə ilə o biri cümə arasındakı günahları bağışlanar.” (Buxari, Cuma 6, 19)
- TƏZƏ PALTAR GEYİNMƏK
Yeni alınan paltarları cümə günü geyinmək.
- SALAVAT GƏTİRMƏK
Günlərin ən fəzlilətlisi cümə günüdür. Bu gün mənə çoxca salavat gətirin zira sizin gətirdiyiniz salavatlar mənə bildirilər. (Əbu Davud, Salat 201, Vitir 26)
- SƏDƏQƏ VERMƏK
- QƏBİR ZİYARƏTİ ETMƏK
“Qəbirləri ziyarət etmək istəyən ziyarət etsin. Çünki qəbir ziyarəti bizə axirəti xatırladar.” (Tirmizi, Cənaiz 60)
- DIRNAQLARI KƏSMƏK
“Peyğəmbərlərin sünnəsi (fitrət) beşdir. Sünnət olmaq, qasıqları təraş etmək, dırnaqları kəsmək, qoltuq altını təmizləmək, bığları qırxmaq.” (Buhaxri, Libas 51, 62, 64; Müslim, Taharət 49, 50.)
- KƏHF SURƏSİ OXUMAQ
“Kəhf surəsinin başında on ayə əzbərləyən kimsə Dəccaldan qorunmuş olar.” (Müslim, Müsafirin, 257.)
- SALAM VERMƏK
“Müsəlmanın müsəlman üzərindəki haqqı beşdir: salamı almaq, xəstəni ziyarət etmək, cənazə namazında olmaq, dəvət etdiyi zaman getmək, asqırana yərhamukəllah demək.” (Buxarî, Cənaiz 2; Müslim, Salam 4)
- CÜMƏ NAMAZINA VAXTINDA GETMƏK VƏ XÜTBƏNİ DİNLƏMƏK
“Bir kimsə gözəlcə dəstəmaz alaraq cümə namazına gələr, xütbəni səs çıxarmadan dinləyərsə, iki cümə arasında və əlavə olaraq üç günlük daha günahları bağışlanar.” (Müslim, Cuma 27)