ÖNCƏKİ ÜMMƏTLƏRƏ EDİLƏN İŞGƏNCƏLƏR

0

Peyğambərimiz (s.ə.s) kimi digər səhabələr də böyük sıxıntılar çəkir, dayanılmaz əzablara məruz qalırdırlar.

Habbab ibn Ərət (r.a) belə deyir:

Kəbənin kölgəsində istirahət edərkən Peyğambərimizin yanına gəlib (müşriklərin onlara ettikləri əzabdan) şikayət etdik.  

“Bizim üçün Allahdan yardım istəməyəcək, dua etməyəcəkmisiniz?”, dedik.

Rəsullah (s.ə.s) belə cavab verdi:

“Əvvəlki ümmətlərdən birində mömin biri həbs edilər və qazılan bir quyuya qoyulardı. Sonra da mişar ilə başdan aşağı ikiyə bölünər, ancaq bu əzablara rəğmən onu dinindən döndürə bilməzlərdi.  And içirəm ki, Allah-təala bu dini hakim edəcəkdir. Belə ki, tək başına bir atlı, Sanadan Hadramuta qədər Allahdan və sürüsünə canavarın hücum etməsindən başqa heç bir şeydən qorxmadan əmniyyət içində gedəcəkdir. Ancaq siz tələsirsiniz.” (Buxari, Mənakıb 25; İkrah 1, Mənakıbul-Ənsar 29, Əbu Davud, Cihad, 97)

 Murat Kaya, Mescidi Haramdan 111 Hatıra

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KEÇİD QAPISI “ÖLÜM”

“Ölüm” dünya evindən axirət evinə köçmək üçün bir növ keçid qapısıdır. İnanmayanlar üçün bu qapıdan çıxdıqdan sonra başqa bir ev...

Bağla