ALİ BAŞ KOMANDAN AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ

0

“Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

“Əziz kəlbəcərlilər, gözünüz aydın olsun.

 Doğma rayonunuz işağdan azad olundu. Bu günü Azərbaycan xalqı səbirsizliklə gözləyirdi.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdi. Günahsız insanlar öz dədə-baba torpaqlarından vəhşicəsinə qovulmuşdu. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdu”, – deyə Prezident bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏR RAYONU İŞĞALDAN AZAD EDİLDİ

27 il həsrətdən sonra Azərbaycan Ordusu Kəlbəcər şəhərinə daxil oldu. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!  

Bağla