HULUSİ AKAR: “FRANSA QARABAĞLA BAĞLI HƏLLİNİN DEYİL, PROBLEMİN BİR HİSSƏSİ OLDUĞUNU GÖSTƏRDİ”

0

“Fransa Senatının qərarı Qarabağ probleminin 30 ildir nə səbəbə həll olunmadığının bariz göstəricisi oldu”.

Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Fransa Senatının “Dağlıq Qarabağ Respublikası”nı tanımaq qərarını şərh edərkən bildirib.

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi qərəzsiz olmalıdır. Bu qərar isə bunun belə olmadığını, Fransanın Qarabağla bağlı həllin deyil, problemin bir hissəsi olduğunu bir daha nümayiş etdirdi”, – deyə o vurğulayıb.

oxu.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN ƏHALİYƏ ÇAĞIRIŞ ETDİ

Daxili İşlər Nazirliyi vətəndaşları qaydalara əməl etməyə çağırıb. DİN-dən verilən məlumata görə, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün...

Bağla