Qurani-Kərimin “Möminlər” mənasına gələn “Muminun” surəsinin ilk ayələrində məhz cənnətə layiq olan əsil möminlərin xüsusiyyətlərindən bəhs olunur. Bu ayələrin nazil olması ilə bağlı nəql edilən bir rəvayətdə qeyd olunur ki, Həzrət Ömər (r.ə.) belə demişdir: “Rəsulullaha (s.ə.s) vəhy gəldiyi zaman onun yanında arı uğultusuna oxşar bir səs eşidilirdi. Yenə bir gün mən Peyğəmbərin (s.ə.s) yanında ikən ona vəhy gəldi. Biz bir müddət sükutə qərq olduq. Sonra Peyğəmbər (s.ə.s) qibləyə dönərək əllərini səmaya qaldırdı və belə dua etdi: “Ey Allahım! Bizim üçün artır, əskiltmə! Bizi ucalt, alçaltma! Bizə ver, bizi məhrum etmə! Bizi tərcih et, başqalarını bizə tərcihetmə! Bizi razı et, bizdən razı ol!” Sonra Rəsulullah (s.ə.s): “Mənə on ayə nazil oldu. O ayələrə əməl edən cənnətə girəcəkdir”, – buyurdu və “Muminun” surəsinin ilk on ayəsini oxudu”. (Tirmizi, “Kitabü təfsiril-Quran”, 24)
Əsil möminin xüsusiyyətlərindən bəhs edən “Muminun” surəsinin ilk ayələri bunlardır:
Bu ayədəki “xüşu” sözünü İslam alimləri “Allah qorxusu və sevgisi ilə Ona təzim etmək və bu hislə təvazökarlıq göstərmək” şəklində izah etmişlər. Bununla yanaşı, namazda sükunət və sağa-sola baxmamaq kimi əməlləri də ehtiva edir. Buna görə də həqiqi möminlər namazlarında bütün diqqətlərini namaza verər və ixlaslı bir şəkildə səmimi-qəlblə namaz qılarlar.
Həqiqi möminlər inşalarla olan sosial münasibətlərində lazımsız, əhəmiyyətsiz və doğru olmayan sözlər danışmaz, yalnız faydalı və gözəl sözlər danışarlar.
Qurani-Kərimdə “zəkat” sözü həm həqiqi mənadakı zəkat, həm də sədəqə mənasında işlədilir. Yəni, əsil möminlər əllərindən gəldiyi qədər möhtac kimsələrə əl tutar və sədəqə verərlər.
Mömin əsla zinaya yaxın durmaz, harama baxmaz, haramı dinləməz. Çünki bu, Allah-Təalanın ən sevmədiyi əməllərdəndir.
Bununla yanaşı möminlər Uca Allahın onlara halal buyurduğu evlilik yolunu seçər və maddi-mənəvi ehtiyaclarını halal yoldan təmin edərlər.
Uca Allah halal evlilik xaricindəki bir yola üz tutanları qınayır və bunların azğın kimsələr olduğunu bəyan edir. Eləcə də bunun bir möminə yaraşmadığına işarə olunur.
Yəni, həqiqi mömin ona əmanət edilən bir şeyə əsla xəyanət etməz, söz verdiyi zaman mütləq sözünü yerinə yetirər, vəd verdiyi zaman vədinə əməl edər.
Əsil möminlər Allah-Təalanın əmr etdiyi namaz ibadətini gündə beş dəfə olmaqla hər gün əda edərlər. Onlar əllərindən gəldiyi qədər namazlarını qəzaya buraxmaz və qətiyyən bu ibadətə laqeyd yanaşmazlar.
Yuxarıda sadalanan əməlləri layiqincə yerinə yetirən möminlər Uca Allah tərəfindən Firdövs cənnəti ilə mükafatlandırılacaqlar. Çünki Firdövs cənnətdəki ən gözəl mükafat məqamıdır. Allah Rəsulu (s.ə.s)da bu cənnətlə bağlı belə buyurmuşdur: “Uca Allahdan cənnəti istədiyiniz zaman Firdövs cənnətini istəyin. Çünki o, cənnətin ən yüksək yeri və ortasıdır. Cənnətdəki çayların mənbəyi oradır”. (İbn Hənbəl, “Müsnəd”, XIV, 180)
f.f.d.Ələddin Sultanov