Aşağıdakı tövsiyələr əvvəlcə sizə adi və çox bildiyiniz məlumatlar olaraq görünə bilər. Ancaq hər bir maddə üzərində diqqətli bir şəkildə düşünüb, özünüzü həmin istiqamətdə inkişaf etdirsəniz uğur yolunda mətin addımlarla irəliləyə bilərsiniz. Sizi uğura aparacaq tövsiyələr bunlardır:
-Bir işi görərkən tələsməyin.
-Hər zaman qarşınızdakı rəsmi bütövlükdə görməyə çalışın.
-Baxış bucağınızı dəyişdirməyiniz daha məqsədli çalışmağınıza və sonunda hədəflərinzə çatmağınıza kömək edəcəkdir.
-İlk qarşılaşdığınız uğursuzluğunuzda məqsədinizdən əl çəkməyin. Bilin ki, həyatında uğur qazanan əksər insanların ilk təcrübələri uğursuz olmuşdur. Uğursuz heç bir nəticə isə onları öz məqsədlərindən yayındırmamışdır. Çünki onlar axsaqlılqları uğrusuzluq olaraq görməyiblər. Üç addım irəli və iki addım geri atmağın hər zaman bir addım irəli atamağa bərabər olduğunu biliblər. Nəticədə ortalamanı keçərək uğura imza atıblar.
-Uğursuzluğu düşmən olaraq görməyin. Çox insan uğursuzluqdan vəbadan qaçar kimi qorxub qaçmağa çalışır. Ancaq uğur mübarizə istəyir.
-Xəta etdiyiniz zaman bunu sizi ruhdan salmasına imkan verməyin. Etdiyiniz xətanı başqalarının gözündə utandırıcı bir şey olaraq dəyərləndirməyin. Hər uğursuzluğu uğur üçün atılan bir addım olaraq dəyərləndirin.
-Uğursuzluq uğura çatmaq üçün ödədiyiniz bir qarşılıqdır. Heç kim son nəfəsini verənə qədər uğursuz olduğunu qəbul etməz. İnsanlar yaradılış olaraq ətalətə meyillidir. Ona görə də özünü inkişaf etdirmək bir mübarizə tələb edir.
-Uğur prosesi, təkrar edilən xətalardan və daha yüksəyə yüksəlmək üçün edilən davamlı bir mübarizədən ibarətdir. Liderlik mütəxəssisi Peter Druckerin dediyi kimi “Çoxlu xəta etmək bir insan üçün daha yaxşıdır, çünki təcrübə edə biləcəyi daha çox şeylə qarşılaşır. Yüksək vəzifələrə heç xəta etməyən bir insanı əsla təklif etmərəm!”
-Xəyallarınızı həyata keçirmək üçün sıxıntılarınızı bağrınıza basmalı və uğursuzluğu həyatınızın bir parçası halına gətirməlisiniz.
Son olaraq da unutmayın! “Əgər uğrusuzluğa heç düçar olmursunuzsa, deməli irəliləmirsiniz”.
Dr.Eldar Kərimov