28 il həsrətdən sonra Azərbaycan Ordusu Laçın rayonuna daxil oldu.
Qeyd edək ki, Laçın rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci il mayın 18-də işğal olunub.
İşğal nəticəsində Laçında bir şəhər, bir qəsəbə və 125 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub.
Rayon üzrə bir yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.
İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib.
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.
Eşq olsun Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!