Bir gün Peyğəmbərimiz (s.ə.s) məsciddə əshabına söhbət edirdi. Bu əsnada üç nəfər içəri daxil oldu. Bunlardan ikisi Peyğəmbərimizin olduğu tərəfə yönəldi, biri isə başqa tərəfə getdi. İki nəfər peyğəmbər əfəndimizin hüzuruna gəlib salam verdi, bunlardan biri camaatın arasında, digəri də camaatın arxasında əyləşdi. Üçüncü nəfər isə arxasını dönüb getdi.
Peyğəmbərimiz sözünü bitirdikdən sonra belə buyurdu:
“İstəyirsinizmi bu üç nəfərin halından sizə bəhs edim: Onlardan birincisi Allaha sığındı, Allah da onu himayəsinə götürdü. İkincisi narahat etməkdən utandı, Allah da ondan həya etdi. Üçüncüyə gəldikdə isə o bu məclisdən üz çevirdi, Allahda ondan üz çevirdi”.
Bir kimsə hər hansı alimin məclisində iştirak etmək, ondan faydalanmaq üçün gedər, ancaq narahat etməmək üçün kənarda dayanarsa, Allahu-təala həyasına görə onu əfv edər, ona əzab etməz. Ancaq hər kim alimlərin məclisində iştirak edib elm öyrənməktən üz çevirərsə Allah da ondan üz çevirər. Allahın üz çevirdiyi kimsə Onun qəzəbinə düçar olar.
Dr. Murat Kaya