Əli ibn Talib (r.a) belə buyurur:
Bir gün Rəsullah (s.ə.s) ilə məsciddə oturmuşduq. Birdən Musab b. Ümeyr (r.a) məscidə gəldi. Üzərində dəri parçayla yamammış əbadan başqa şey yox idi. Peyğəmbərimizin Musab ibn Ümeyrin Məkkədə varlıq içində yaşadığı zaman gözünün qabağına gəldi. İndi isə nə halda idi. Onun (s.ə.s) gözündən yaşlar axmaya başladı. Biraz sonra Peyğambərimiz belə buyurdu:
“Sabah ayrı axşam ayrı paltar geydiyiniz, qabağınıza bir yeməyin qoyulub o birinin götürüldüyü, evlərinizi Kəbənin örtüldüyü kimi örtülərə bürüdüyünüz (divarlarını naxışladığınız) zaman vəziyyətiniz necə olar?!
Əshab-kiram:
Ey Allahın Rəsulu, əlbəttə o gün vəziyyətimiz, bugünə nisbətən daha yaxşı olar. Beləliklə də biz ibadətə daha çox vaxt ayırarıq.
Rəsullah (s.ə.s) belə buyurdu:
Xeyr, əksinə, bugün o gündən daha yaxşı vəziyətdəsiniz.”
(Tirmizi, Qiyamət, 35/2476)
Əshab-kiram Allah yolunda hər şeyini fəda etdi. Məkkədə zənginlik içində yaşayan Musab ibn Ümeyrin müsəlmən olduqdan sonra ailəsi tərəfindən hər şeyi əlindən alındı. Ancaq bu ona təsir etmədi. Yamaqlı paltarlarla şəhid olduğu günə qədər Allah yolunda xidmətə davam etdi.
Dr. Murat Kaya