Əbu İdris Havalinin belə dediyi rəvayət edilir:
Bir gün Dəməşq məscidinə girmişdim. Bir də nə görüm, gülər üzlü bir gənc və başına toplaşmış bir qrup insan. Bu insanlar aralarında fikir ayrılığına düşdükdə həmin bu gəncə məsləhət edir və verdiyi məsləhəti qəbul edirdilər. Bu gəncin kim olduğu mənə çox maraqlı gəldi və ətrafdakılardan soruşdum. Onun Muaz ibn Cəbəl olduğunu dedilər. Sonraki gün yenidən məscidə gəldikdə baxdım ki o gənc yenə məndən əvvəl gəlib və namaz qılır. Namazını bitirənə qədər gözlədim sona qarşısına keçib salam verdim və ona dedim:
-“Allaha and olsun ki mən səni ürəkdən sevirəm.
O da:
– Allah üçün sevirsənmi?” deyə soruşdu.
– Bəli, Allah üçün” dedim. O, yenə:
– Həqiqətən Allah üçün sevirsən?” deyə təkrar etdi. Mən də:
– Bəli, həqiqətən Allah üçün sevirəm dedim.”
Sonra əliylə əbamdan tutaraq məni özünə sarı çəkib dedi:
Səni təbrik edirəm, mən Peyğəmbər (s.ə.s) belə buyurduğunu eşitdim:
Allah-təala “Sırf mənim üçün bir-birini sevən, mənim rizam üçün toplanan, mənim rizam üçün bir-birini ziyarət edən və sadəcə mənim rizam üçün sədəqə verərək yaxşılıq edənlər mənim sevgimə layiqdirlər” buyurur.