SƏCDƏ QULUN RƏBBİNƏ ƏN YAXIN OLDUĞU ANDIR

0

İnsanın yaradılmasının ən əsas məqsədi Rəbbinə təzim etməkdir. (Zariyat, 51/56) Rəbbinə təzim etməyi özünə bir borc bilən insan daim Onun əmirlərinə boyun əyər, qadağan etdiklərindən isə uzaq durmağa çalışar. Belə etməklə insan Rəbbinə doğru yaxınlaşmaqla yanaşı eyni zamanda mədəni və əxlaqlı bir həyat tərzi yaşamış olar. Allaha təzimin ən əsas təzahürlərindən biri qulun Rəbbi qarşısında diz çökərək səcdəyə qapılmasıdır. Çünki səcdə anı şeytanın və nəfsin zəncirlərindən qurtulub Allahın ucaltıldığı andır. Uca Allah Qurani-Kərimin bir çox ayəsində yerdə və göylərdə olan bütün varlıqların Allaha səcdə etdiklərini xəbər verərək ağıl və iradə sahibi insanı da Rəbbinə səcdə etməyə dəvət etməkdədir.  (Rad, 13/15; Nəhl, 16/49; Həc, 22/18).

                Həzrət Peyğəmbər (s.ə.s)-in İslamı təbliğ edərkən insanları dəvət etdiyi əsasların başında tək olan Allaha təzim və Onu ucaltmaq gəlməkdədir. Rəsulullah (s.ə.s) insanlara bunu təbliğ edərkən öz həyatında da bunu əyani şəkildə yaşamış və insanlara Allaha yaxın olmağın yollarını öyrətmişdir. Bunların başında səcdə gəlməkdədir. Çünki səcdə insanın şeytana qalib gəlməsi və Rəbbini ucaltmasının simvoludur. Ona gorə də Allah Ona səcdə edən quluna daha yaxın olar və onun etdiyi dualarını qəbul edər. Bu barədə Həzrət Peyğəmbər (s.ə.s) belə buyurur: “Qulun Rəbbinə ən yaxın olduğu an səcdə anıdır. Elə isə səcdələrinizdə dualarınızı çoxaldın!” (Müslim, Salət, 215).

                Nəticə olaraq, insanın Allah qarşısında səcdəyə qapılması Rəbbinə təzimin ən ali nöqtəsidir. Bu səbəblə də İslam dini inanc sahibi möminlərə çox-çox səcdə etməyi tövsiyə etmiş və səcdə edən möminlərin Allah qarşısındakı dərəcələrinin yüksələcəyini bildirmişdir. Səcdə zahiri cəhətdən əyilmək olsa da, maddi vucudun əyilməsi mənəviyyatın yüksəlməsi ilə nəticələnir.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyev: “Bu, bir daha bizim birliyimizi, bizim dostluğumuzu, qardaşlığımızı göstərir”

"Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir". Bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham...

Bağla