“QARABAĞDAKI QƏLƏBƏ TÜRKİYƏ-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİDİR”

0

“Qarabağdakı qələbə Türkiyə-Azərbaycan əlaqələrinin tarixində bir dönüş nöqtəsidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Bir millət, iki dövlət” prinsipi Azərbaycanla münasibətlərimizin təməl fəlsəfəsidir. Bu birlik və bərabərlik Qarabağın azad olunması ilə müküfatlanıb. 44 günlük müharibənin pərdəarxası hadisələrinin yazılacağına əminəm. Zaman bu işin çox ciddi şahidi olacaq. Qarabağ zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açılıb. İnanıram ki, bölgədə yeni bir tarixi istiqamət formalaşacaq” – Türkiyə lideri vurğulayıb.

O, Bakıya səfəri çərçivəsində Azərbaycanla 5 sənədin imzaladığını bildirib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: “İLHAM ƏLIYEV EMMANUEL MAKRONUN PLANLARINI ALT-ÜST ETDİ”

"Qarabağ Zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açılıb. İnanıram ki, bölgədə yeni bir tarixi istiqamət formalaşacaq". “Report” "Anadolu"ya istinadən...

Bağla