KONSTİTUSİYA MƏHKƏMƏSİ HİCAB QADAĞASINI LƏĞV ETDİ

0

Avstriyanın Konstitusiya məhkəməsi ibtidai sinif şagirdlərinin hicab geyinməsini yasaqlayan qərarı ləğv edib. Bu barədə məhkəmənin sədri Kristof Qrabenverter açıqlama verib.

Sədr bu cür qərarların, müsəlman şagirdləri təhsildə ayrı-seçkiliyə məruz qoyacağını, müsəlman qız şagirdlərin təhsil imkanlarının məhdudlaşdırılması təhlükəsini yarada biləcəyini deyib.

“Təhsil sistemində sadəcə müsəlmanlara aid geyimin yasaqlanması, bir qrupun cəmiyyətdə damğalanmasına səbəb ola bilər. dini geyim təhsildə əsla problem yaratmaz.” – deyə Konstitusiya məhkəməsinin sədri vurğulayıb.

Qeyd edək ki, 2019-cu ildə hökumət ibtidai məktəblərdə müsəlman şagirdlərin hicab geyinməsinə qadağa qoymuşdu.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“CƏNAB PREZİDENTİN QEYD ETDİYİ KİMİ, ARTIQ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İFADƏSI YOXDUR”

“Cənab Prezidentin qeyd etdiyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi yoxdur”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin...

Bağla