“ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını qətiyyətlə pisləyir və Türkiyə xalqı və hökumətini dəstəkləyirik”.
Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif sosial şəbəkədəki şəxsi səhifəsində yazıb.
“ABŞ yenidən sanksiyalara meyili və beynəlxalq hüquqa hörmətsizliyini nümayiş etdirir”, – o vurğulayıb.
Xatırladaq ki, ABŞ Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə ötən gün Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.
U.S. addiction to sanctions and contempt for international law at full display again.
We strongly condemn recent U.S. sanctions against Turkey and stand with its people and government.#NeighborsFirst
— Javad Zarif (@JZarif) December 15, 2020