HULUSİ AKARDAN QARABAĞDAKI ORTAQ MƏRKƏZLƏ BAĞLI AÇIQLAMA

0

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında Qarabağda yaradılacaq Ortaq Mərkəz barədə danışıb.

“Akşam Gazetesi” xəbər verir ki, o, Ortaq Mərkəzin Ağdamda qurulacağını deyib.

“Ağdam Dağlıq Qarabağdakı Ortaq Mərkəz ərazisi təyin edilib. İnşaat işləri davam edir. Generallarımız və 100-ə yaxın işçimiz oradadır.

Onlar həm təlim keçirlər, həm də iki xüsusi mina axtarış qrupu (ÖMAT) ərazini minalardan təmizləyəcək. Atəşkəsə böyük ölçüdə riayət edilir. Ruslar buna diqqətli yanaşırlar”.

oxu.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVLUD ÇAVUŞOĞLU: “RUSİYA ERMƏNİLƏRİN ATƏŞKƏSİ POZMASININ QARŞISINI ALMALIDIR”

"Ermənistan işğalçılıq siyasətindən və təxribatlarından əl çəkməlidir. Son günlər cəbhə bölgəsində təxribatlar törədib və Azərbaycan tərəfindən layiqli cavabını alıb. Əgər...

Bağla