Türkiyənin Ərzurum vilayətində təxminən 500 ildir davam edən “1001 xətm” proqramına start verildi.
İslamveirfan.com xəbər verir ki, bu proqram çərçivəsində müqəddəs Qurani-Kərim 1001 dəfə başdan sona qədər oxunacaq və dualar ediləcək.
Rəvayətə görə “1001 xətm” proqramını İslam alimlərindən olan Pir Əli Baba başladıb və bu ənənə Ərzurumda 5 əsrdir davam edir.
Yanvar ayının 15-də başa çatması planlaşdırılan proqramın bu ilki şüari belədir: “1001 xətmlə evdə qal, Quran ilə qal”.
Hafizlərin at üstündə Quran oxuması ilə başlayan xətm proqramı başa çatdıqdan sonra pandemiyanın bitməsi və xəstələrin sağalması üşün dualar ediləcək.