Türkiyənin Qaziantep şəhərindəki özəl xəstəxanalardan birindən çox sayda insanın ölümü ilə nəticələnən partlayış baş verib.
İslamveirfan.com yerli mətbuata istinadən xəbər verir ki, səhərə yaxın baş vermiş bədbəxt hadisədə 9 xəstə dünyasını dəyişib.
Bildirilir ki, SANKO Universitetinin Reanimasiya şöbəsində oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.
Məlumata görə, 20 nəfərlik Reanimasiya şöbəsində 19 xəstə olub. Onların 8-i ölüb. 11 xəstə isə yaxınlıqdakı başqa xəstəxanalara yerləşdirilib.