ZƏVVARLAR KƏBƏDƏ ELEKTRİK ENERJİSİ İSTEHSAL EDƏCƏKLƏR

0

Səudiyyə Ərəbistanındakı tədqiqatçılar döşəmədən porşen sistemi ilə enerji almağa imkan verən ixtira üçün ABŞ-da patent ala biliblər. Yeni ixtira adi insan gəzintisindən elektrik enerjisi əldə etməyə şərait yaradacaq.

Qeyri-adi mexanizm ilk olaraq hər il milyonlarla zəvvarı cəlb edən Məkkədəki Məscidül-Həramda quraşdırıla bilər. Bu qəribə texnologiya, demək olar ki,  müqəddəs məkanı pulsuz elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

Kral Əbdüləziz Universitetinin tibb mühəndisliyi kafedrasının dosenti Əbdül Həmid Əl-Xətib “Bu patenti qeyd etdirmək üçün bizə illər lazım oldu”- deyə bildirib.

Alimin fikrincə, ixtirası böyük investisiyalar tələb etmir. Əgər bu texnologiya Məkkə və Mədinədə istifadə olunarsa, müqəddəs şəhərlər ekoloji cəhətdən təmiz əlavə bir enerji mənbəyi alacaqlar. Əl-Xətib bu mexanizmin ticarət mərkəzlərində, piyada yollarında və otel girişlərində quraşdırılmasını da təklif edib.

“Dünya təmiz enerji axtarışında olduğu bir dövrdə hərfi mənada ayaqlarımızın altında (hazırda) boş-boşuna sərf edilən enerjij var”, – deyə müsəlman alim vurğulayıb.

Moderator.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİLƏR BU SƏBƏBDƏN AĞDAM MƏSCİDİNİ DAĞITMAYIBLAR

"Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb". Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları...

Bağla