“MƏCBUR OLDUM, HAQQINIZI HALAL EDİN!” – TÜRKİYƏDƏ QEYRİ-ADİ HADİSƏ

0

Son vaxtlar mütəxəssislərin, zeytun yarpaqlarını dəmləyib içmək kovidə qarşı faydalıdır – deməsi insanların bu istiqamətdə diqqətini cəlb edib.

Türkiyə Bursa vilayətinin İznik rayonundakı zeytun bağlarından birində qəribə hadisə baş verib.

Bağın sahibi Veysəl Çil zeytun ağaclarından birinin budağından içində pul və qeyd olan bağlama tapıb.  

Çil qeyddə, “Yarpaqlardan biraz götürməyə məcbur oldum. Ailəm koronaya yoluxub. Haqqınızı halal edin.” – yazıldığını və bağlamaya 150 lirə (33 manat) pul qoyulduğunu bildirib.

Veysəl Çil həmçinin, “Haqqım axıra qədər halal olsun. Heç pul qoymaq da lazım deyildi. Əgər dərdlərinə çarə olacaqsa ağacı kökündən çıxarıb aparsınlar.” – deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZİKR QƏLBİN CİLASIDIR!

"Xatırlamaq", "yad etmək", kimi mənalara gələn zikr gəlməsi həm Qurani-Kərimdə həm də hədisi-şəriflərdə tez-tez rastlaşdığımız kəlmələrdəndir. Uca Allah insanın Allah...

Bağla