“Azərbaycanın əldə etdiyi zəfərdən sonra baş verən hadisələri yaxından izləyirik. Qəribədir ki, Azərbaycanın özünə aid torpaqlarını yenidən alması Minsk qrupuna daxil olan-olmayan bəzi ölkələri narahat edir”.
İslamveirfan.com xəbər verir ki, bu sözləri Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AKP) sədrmüavini Ömər Çelik özçıxışında deyib.
Çelik, Belçika nümayəndələr məclisinin Dağlıq Qarabaş barədəki qondarma qərar layihəsinə sərt reaksiya göstərib.
“Fransa senatında qəbul edilən qərarı gördük. Axırıncı dəfə də Belçikanın nümayəndələr məclisi Dağlıq Qarabaş məsələsində Azərbaycanı qınayan bir qərar layihəsini müzakirə etdi. Bu haqsız, hüquqsuz, heç bir qüvvəsi olmayan layihədir. Bu layihə Türkiyə – Belçika və Azərbaycan – Belçika münasibətlərini zədələyər. çox vizionsuz bir qərardır.”
Ömər Çelik bu ölkələrin ideoloji bir mövqe ilə hərəkət etdiklərini vurğulayıb.
“1915-ci il hadisələri barədə qərar qəbul edirlər. Bu cür addımlarla da necə ideoloji motivasiya ilə hərəkət etdiklərini nümayiş etdirirlər. Minsk qrupunun üzvü olan Fransanın Türkiyə əleyhində, Türkiyə harada olsa onun qarşısında dayanan bir mövqeyi var.”
Sədr müavini Azərbaycan barədəki çıxışının yekununda Ermənistanın baş naziri Nikol Paşinyanın kilsədən belə qovulduğunu xatırladıb.