KİMİ TƏQLİD EDİRİK?

0

Kim özünü bir qövmə bənzədərsə, o da onlardandır. (Əbu Davud, Libas, 4/4031)

Xristiyanların müqəddəs sayıb qeyd etdikləri yeni ili qeyd etmək, islam dininə ziddir. Yeganə mükəmməl və haqq din olan İslamın, təhrif edilmiş başqa dinlərdən götürəcəyi heç bir şey yoxdur. Həm də hər hansı müqəddəs bir gün dünyəvi əyləncə və haramlarla qeyd edilə bilməz. Sadəcə bu gerçək belə yeni ili qeyd etməyin nə qədər batil bir adət olduğunu bizə bildirir.

Allah, Qurani-kərimdə “Nemət bəxş etdiyin kəslərin yoluna (yönəlt), qəzəbə düçar olmuşların və azmışların yoluna yox!”(Fatihə, 7) buyuraraq İslamdan kənar olanların yolundan çəkinməyi bizlərə bildirir.

Müsəlman olamayanlara və ya fasiqlərə bənzəmə, onların həyat tərzlərini təqlid etmə xəstəliyi imanı təhlükəyə atan xüsuslardandır. Təqlid zamanla alışqanlıq və davranış halına gəlir. Sonrasında isə bu bərabərlik zehni bərabərliyə, zehni bərabərlik də qəlbi bərabərliyə yol açır.

Qısacası, hər müsəlmanın vəzifəsi həyatının hər anında İslam şəxsiyət və ləyaqətinə yaraşan şəkildə davranaraq müsəlman olmayanların adətlərindən uzaq durmaqdır.

Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XOŞBƏXT AİLƏNİN SİRLƏRİ

Evlilik həyatında xoşbəxtlik mövzusu bir çox elmi tədqiqataların tədqiqat obyektinə çevrilib və bu mövzu ilə əlaqəli kifayət qədər maarifləndirici kitablar...

Bağla