ABŞ AZƏRBAYCANI DİN AZADLIĞININ TƏMİN OLUNDUĞU ÖLKƏLƏR SİYAHISINA DAXİL EDİB

0

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) dünyada dini vəziyyətlə bağlı bəyanatı dərc edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bildirilib ki, eyni zamanda ABŞ hökuməti tərəfindən din azadlığın pozulduğu ölkələrlə bağlı ictimaiyyətə məlumat verilib.

Dövlət Departamentinin məlumatında 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, ölkələr “xüsusi narahatlıq yaradan” və “xüsusi izləmə” olmaqla 2 təsnifat üzrə qruplaşdırılıb.

“BDAK-ın bəyanatında komissiya tərəfindən dərc edilən 2020-ci il hesabatında növbəti dəfə ədalətsizliyə yol verilərək bir sıra ölkələrlə yanaşı, Azərbaycanın da “xüsusi izləmə“ siyahısına daxil olunması tövsiyəsi xatırladılmışdır. Lakin ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyib”, – Dövlət Komitəsindən bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CƏBRAYIL RAYONUNUN HOVUSLU KƏNDİNDƏN VİDEOGÖRÜNTÜLƏR

Cərayıl rayonunun Hovuslu kəndindən video-görüntülər yayılıb. İslamveirfan.com xəbər verir ki, video-görüntüləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Həmin görüntüləri oxucularımıza...

Bağla