MOSKVA MÜFTİSİ PREZİDENT İLHAM ƏLIYEVİ TƏBRIK EDİB

0

Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri Albir həzrət Krqanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Sizi həyatınızda əlamətdar hadisə – doğum gününüz münasibətilə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Doğum günü, sadəcə, bayram deyil. Bu, keçilmiş həyat yolu, gələcək planlar, hələ fəth edilməli yeni zirvələrə aparan yollar barədə düşünmək üçün bir fürsətdir. Sizin əməksevərliyinizi, əzmkarlığınızı, məqsədyönlülüyünüzü və peşəkarlığınızı, ən mürəkkəb məsələlərin düzgün həllini tapmaq bacarığınızı bildiyimiz üçün əminik ki, Siz öz dövlətinizin və xalqınızın mənafeyi naminə həmişə müsbət nəticələrə nail olacaqsınız.

Sizin yüksək səriştənizə və səmimiyyətinizə, insanlara həssas münasibətinizə əsaslanan çoxşaxəli fəaliyyətiniz həmişə qarşıya qoyulan vəzifələrin uğurla reallaşmasına gətirib çıxarıb. Sizin müdrik rəhbərliyiniz dövründə Azərbaycan xalqının tarixi ədalətin bərpa olunması barədə çoxdankı arzusu həyata keçib. Sizin həyatınız insanın zəkasının, təşəbbüskarlığının və əməksevərliyinin ona uğur və haqlı hörmət qazandırdığına parlaq nümunədir.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizin ən fərəhli hisslərinizə şərik olaraq Sizə səmimi-qəlbdən uzun və məhsuldar ömür, möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, bütün planlarınızın həyata keçməsini, gümrah və xoş əhval-ruhiyyə diləyirik. Doğmalarınıza və yaxınlarınıza firavanlıq və rifah arzu edirik.

Uca Allah haqq yolunda Sizi qorusun və xeyirxah əməllərinizin əvəzini versin”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ AZƏRBAYCANI DİN AZADLIĞININ TƏMİN OLUNDUĞU ÖLKƏLƏR SİYAHISINA DAXİL EDİB

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) dünyada dini vəziyyətlə bağlı bəyanatı dərc edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bildirilib...

Bağla