RƏCƏB TAYYİB ƏRDOĞAN İLHAM ƏLİYEVƏ ZƏNG EDİB

0

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev Türkiyə Prezidentinə göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MOSKVA MÜFTİSİ PREZİDENT İLHAM ƏLIYEVİ TƏBRIK EDİB

Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri Albir həzrət Krqanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:...

Bağla