Rəsmi İslamabad virtual ensiklopidya vikipediyaya və virtual axtarış sistemi googlea xəbərdarlıq edib.
Pakistan Kommunikasiya idarəsi, googleda islam xəlifəsi axtarıldığı zaman yanıldıcı nəticələr çıxması və “Əhmədiyyə qrupu”nun google play storea Quranın orjinallıqdan uzaq versiyasının yüklənməsi barədə quruma şikayətlər daxil ollduğunu bildirib.
Açıqlamada həmçinin bildirilib ki, vikipediyada Həzrəti Muhammədin (SAV) karikaturaları yerləşdirilməsi və Mirzə Mənsur Əhmədin müsəlman kimi təqdim edilərək istifadəçilərin yanıldılması da şikayət mövzusu olub.
Qurum, bu platformlar vasitəsilə müqəddəs dəyərlərə göstərilən hörmətsizliyin aradan qaldırılmasını tələb edib, əks təqdirdə qanuni yollara müraciət ediləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, “əxlaqız paylaşımlara nəzarət edə bilməməsi” səbəb göstərilərək oktyabrın 6-da Pakistanda TikTok yasaqlanmışdı. Bundan sonra şirkət paylaşımlarını ölkə qanunvericiliyinə uyğun edəcəyi barədə təminat verdikdən sonra rəsmi İslamabad TikTok qadağasını ləğv etmişdi.