“Səudiyyə Ərəbistanı dini mərasimlərin bərpasından bəri müqəddəs Məkkə və Mədinə məkanlarında 5 milyondan çox zəvvarı qəbul edib”.
“ArabNews” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri naziri Məhəmməd Saleh Benten söyləyib.
“5 milyon zəvvar arasında bir nəfərdə də koronavirus infeksiyası qeydə alınmayıb ki, bu da Səudiyyə Ərəbistanının təhlükəli infeksiyaya qarşı apardığı tədbirlərin effektivliyini göstərir” – deyə nazir vurğulayıb.
Səudiyyə Ərəbistanı pndemiya səbəbindən Ümrə ziyarətini mart ayında dayandırıb və iyul ayında Həcc minimal miqyasda – yalnız 1000 zəvvarın iştirakıyla keçirilib. 22 sentyabrda Krallıq Ümrə ziyarəti etmək istəyən zəvvarların qəbulunu ciddi sanitariya normalarına riayət olunmaqla qismən davam etdirib. 1 noyabrdan etibarən isə xaricdən gələn zəvvarların da kiçik Həcc mərasiminə qəbul olunmasına başlanıb. Bununla belə, Krallıq koronavirus pandemiyasının yeni dalğasınınn qarşısını tamamilə ala bilib.
Moderator.az