Bir müddətdir Türkiyə Muğla vilayətinin Fethiye rayonanda yaşayan ingilis əslli Şarlot Maria Atkinson İslam dinini qəbul edərək müsəlman olub.
Bir il yarımdır burada yaşayan 26 yaşlı Atkinson rayon müftilik idarəsinə müraciət edərək müsəlman olmaq istədiyini deyib.
Müfti Kamil Oqtayın rəhbərliyi ilə kəlimeyi-şəhadət gətirən Atkinson şahidlərin önündə müsəlman olub və adını Əlif olaraq dəyişdirib.
“Son illər mənəvi olaraq böyül sıxıntılar yaşayırdım. Türkiyəyə gələndən sonra burada insanlar mənə köməklik göstərdi. Bunu öz ölkəmdə görməmişdim. Apardığım tədqiqatlar nəticəsində bu yardımsevərliyin mənbəyində İslam dini olduğunu gördüm. Bundan sonra müsəlman olmağa qərar verdim.” – deyə Atkinson bildirib.
Atkinson İslam dinində ən çox azanın və məscidlərin ona təsir etdiyini deyib.