Hollandiyanın sabiq baş naziri, “Xristian Demokratiya Partiyası”nın lideri Dris van Aqt bildirib ki, müsəlmanların həssasiyyətləri nəzərə alınmalıdır.
İslamveirfan.com xəbər verir ki, sabiq baş nazir bu fikirləri, Hz. Muhammədin (ﷺ) karikaturalarının yayılmasını şərh edərkən deyib.
Ölkəsində radikal irçilərin İslam əleyhdarlığı barədə suala cavab verən Aqt, İsa peyğəmbərin də eyni cür təsvir edilməsinin xristianlar tərəfindən müsbət qarşılanmayacağını vurğulayıb.
“Radikal islamçılar çox vaxt özlərini zorakılıq və şiddətlə ifadə edirlər. Bunun qəbul edilməsimümkün deyil. Muhamməd peyğəmbərin karikaturaları məsələsində müsəlmanların həssasiyyəti nəzərə alınmalıdır. İsa peyğəmbərin də eyni cür təsvir edilməsini xristianlar müsbət qarşılamazdı. Bunun üçün bir müəllimin başını kəsməzdik. Amma çox hiddətlənərdik”.
Sabiq baş nazir bildirib ki, belə həssas məsələlərdə özümüzü onların yerinə qoyaraq hadisələri dəyərlənidə bilməliyik.