YAŞA GÖRƏ UŞAQLARIN SOSİAL HƏYATI

0

Uşaqların ətraflarındakı insanlarla sosial münasibətləri mürəkkəb bir  prosesdir. İlk sosiallaşma nümunəsi 2-3 aylıq uşağın öz ana və atasına gösətərdiyi maraqdır. Uşaq ana və atasının və ya ona baxan hər hansı bir nəfərin yanından ayrılmasına görə ağlamağa başlayır və davamlı olaraq onu diqqət mərkəzində saxlamasını istəyir. 6-7 aylıq uşaq artıq tanıdığı və tanımadığı insanları seçə bilir, anasına bağlanır, onunla davamlı olaraq birlikdə olmaq istəyir və onun yoxluğunda ağlamağa başlayır. Bir yaşına çatanda ətrfadan edilən xəbərdarlıqları və qadağaları anlayır. Bu qadağalara riayət etmək üçün cəhd edir. Bir yaş yarım və iki yaş arasında bu xəbərdarlıqlara və qadağalara qarşı çıxır, müqavimət göstərir və reaksiya verir.

  2 yaşı olduğu zaman böyüklərlə qurduğu münasibətdən təsirlənməyə başlayır. Bu təsirlənmələr mənimsəmə və ya reaksiya vermə şəklində yavaş-yavaş uşağın mənliyində izlər buraxır. 2 yaşındaki uşaqlarda öz varlığını anlama, tanıma, başqa insanları anlama və tanımadan daha əvvəl olduğu üçün sosiallaşma uşağın özü ilə ətrafı arasındakı sərhədləri anlaması və öz mənliyini ətrafdakılardan ayıra bilməsi ilə başlayır. 2 yaşındakı uşaqda cinsi mənlik formalaşır və o özünün qız və ya oğlan olduğunu bilir. Ancaq o bu cinsi ayrılığı həqiqi mənada dərk edə bilmir. Başqa uşaqlara qarşı ilk maraq və reaksiyanı 5-6 aylığnda göstərməyə başlayan uşaq sadəcə 2-3 yaşından sonra başqa uşaqlarla eyni qrup içərisində olmağa başlayır və onlarla oynaya bilir. Beləliklə uşaq 2-3 yaşından 6 yaşına qədər həmyaşıdları ilə birlikdə olub oynayaraq ictimai qaydalara riayət etmə vərdişini mənimsəyir.

Orta məktəb dövründə uşağın ata-anasına olan bağı yavaş-yavaş qopmağa başlayır. Dost qrupları və məktəb uşağa ailəsindən daha çox təsir edir. Uşaq sahib olduğu dost qruplarının içərisində başqaları ilə birlikdə hərəkət edib əməkdaşlıq etməyi, birlikdə çalışıb məsulliyyət daşımağı, haqqını müdafiə edib yarışmağı, uğur qazanıb qaydalara riayət etməyi öyrənir. Başqa bir sözlə ifadə etsək, bu yaşlardakı uşaqların sosiallaşmasında dost qurpları daha çox təsirə malik olur. Yetkinlik və gənclik dövründə ətrafındakı insanların sayı çoxalır və həmin gənc ailəsinin təsirindən və əvvəliki mühitindən uzaqlaşmağa çalışır. Daha çox həmyaşıdları ilə vaxt keçirməyə başlayır. Onlardan daha çox təsirlənir. Sosial qaydalara, dəyərlərə və qadağalara riayət etmə məcburiyyəti gəncdə ailəyə, ətrafındakı insanlara, məktəbə və cəmiyyətə qarşı mənfi reaksiya yaradır. Özünə məxsus dünya görüşü ilə bu qrupları bəyənməz, tənqid edər və onlara qarşı çıxar. Sosial rollar mənimsəndikcə və məsuliyyət yükləndikcə bu vəziyyət ortadan qalxar. Həmin gəncin iş tapıb işləməsi, hərbi xitmətə getməsi və evlənməsi kimi rol dəyişmələri ona cəmiyyət içərisində yeni bir yer və rol verir.Beləliklə gənc o cəmiyyətin yetkin bir fərdinə çevrilir.

Bütün bu qeyd etdiklərimiz epidemiya şəraitindən öncəki normal həyat üçün nəzərdə tutulan bir inkişaf prosesini özündə əks etdirir. Postcovid mərhələsində insanlar arasındakı münasibətlərin hansı şəkildə inkişaf edəcəyi ilə bağlı olaraq yeni nəsil uşaqların da sosiallaşma prosesi həmin şəkildə formalaşacaqdır. Əksər fəaliyyətlərin online olaraq həyata keçirilməsi sosiallaşma prosesini də bu vəya digər formada dəyişəcəkdir. Yəqin ki bu sahədə də yaxın vaxtlarda tədqiqatlar genişlənəcək və konkret istiqamətlər müəyyən ediləckdir.  

Dr. Eldar Kərimov

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRNSADA MÜSƏLMAN DİN XADİMİ XÜTBƏDƏ HƏDİS OXUDUĞU ÜÇÜN MÜHAKİMƏ EDİLƏCƏK

Fransanın Tuluza şəhərində Əlcəzair əslli din xadimi Muhamməd Tatai xütbədə hədisi-şərif oxuduğu üçün mühakimə ediləcək. Tuluzanın mərkəzi “Empalot” məscidində imamlıq...

Bağla