Səudiyyə Ərəbistanı krallığının Həcc və ümrə naziri ziyarətə gəlmək istəyən zəvvarlara müraciət edib.
Nazir Salih bin Tahir Bente, ibadətlərin təhlükəsiz və sağlan yerinə yetirilməsi üçün zəvvarların koronovirus peyğəndi vurdurmalarını tövsiyyə edib. Nazir həmçinin, bu tədbirlər çərçivəsində krallığın Səhiyyə Nazirliyi ilə koordinasiyalı işlədiklərini bildirib.
“Bütün müqəddəs məkanlarda tez-tez sterilizasiya işləri aparılacaq, habelə bu yerlərdə sosial məsafə, maska və fərdi gigiyena qaydaları, məhdud zəvvar sayı kimi qaydalara da riayət ediləcək.” – deyə nazir vurğulayıb.
Qeyd edək ki, indiyə qədər Səudiyyə Ərəbistanında 363 259 nəfər koronovirusa yoluxub, onlardan 6 265 nəfər dünyasını dəyişib.